“O vaxt günahkarlar cəzalansaydı, indi belə qalmaqal olmazdı”
26.08.2013 - 09:37
“Xəzər Lənkəran” - “Neftçi” matçında baş verən hadisələr futbol adına yaraşmayan haldı”. Bunu apasport.az saytına “Xəzər Lənkəran” klubunun direktoru Höccət Hacıyev deyib.
Klub rəsmisi Topaz Premyer Liqasının IV turu çərçivəsində “Neftçi” ilə qarşılaşmasında baş verən olayları pisləyib.
Görüşdən sonra azarkeşlərin iştirakı ilə yaşanan qalmaqalı mənfi hal kimi dəyərləndirən Hacıyev bu olayın mənbəyini açıqlayıb: “Qalmaqalın haradan qaynaqlandığını da nəzərdən qaçırmaq lazım deyil. Bunların hamısı Azərbaycan kubokunun finalında yaşananların nəticəsi idi. Yaşanan insidenti mayın 28-də Bakıda keçirilmiş görüşdən sonra baş verən qalmaqalın davamı da saymaq olar. O vaxt günahkarlar cəzalansaydı, indi belə qalmaqal olmazdı. Onda azarkeşlər nisbətən sakitləşər və belə davranmazdılar”.
Baş verən olaylardan sonra AFFA-nın İntizam Komitəsinin meydan sahibi olan “Xəzər Lənkəran”ı cəzalandıracaq. Təhlükəsizliyin tam təmin olunmadığı üçün stadionun da cəzalanacağı istisna deyil.
Hacıyevin sözlərinə görə, kluba məxsus arena onsuz da ziyana düşüb: “Hazırda stadiona dəymiş ziyanı hesablayırıq. Hələlik dəqiq rəqəm bəlli deyil. Lakin bilirik ki, 500-ə yaxın oturacaq sındırılıb. Dəymiş ziyan təkcə oturacaqlarla ölçülmür. Çünki qalmaqal zamanı şüşələr qırılıb, qapılar sındırılıb. Bütün bu ziyanın ümumi məbləği hesablandıqdan sonra bəlli olacaq”.
Qeyd edək ki, qolsuz bərabərliklə nəticələnən “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra azarkeşlər arasında kütləvi qalmaqala yaşanıb.

0
0