Rusiyanın Futbol İttifaqı millimizi Volqoqrada göndərdi
26.08.2013 - 10:33
Rusiyanın Futbol İttifaqı millimizi Volqoqrada göndərdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının keçiriləcəyi yeri və təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın da yer aldığı X qrupun oyunlarını qəbul edəcək Rusiyanın Futbol İttifaqı seçmə matçlarını Volqoqradda keçirilməsinə qərar verib.

Azərbaycan millisi bu şəhərdə meydan sahibləri, Slovakiya və İslandiya ilə mübarizə aparacaq.

Yığmamız sentyabrın 21-də baş tutacaq ilk turda İslandiya ilə görüşəcək. Komandamızın ayın 23-dəki rəqibi isə Rusiya olacaq. Sentyabrın 26-da keçiriləcək son turda isə millimiz Slovakiya ilə münasibətlərini ayırd edəcək.

Qeyd edək ki, rəqiblərimizdən olan Rusiya yığması U-17-lər arasında son Avropa çempionatının qalibidir.