“Bakı” klubu daha bir futbolçusunu “Rəvan”a verdi
26.08.2013 - 12:25
Topaz Premyer Liqasına uğursuz başlayan “Rəvan” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi “Bakı”nın daha bir futbolçusunu heyətinə qatır.
Əvvəl düşərgəsində olan Rəşad Abdullayevi, sonra isə milliləşən rusiyalı Əziz Quliyevi həmşəhərlilərinə verən “zolaqlılar” təcrübəli müdafiəçi Aqil Nəbiyevi də “Rəvan”a göndərməyə razı olub. Bununla bağlı tərəflər arasında razılıq əldə olunsa da, keçidin detalları tam həll olunmayıb. Lakin “Bakı” “Rəvan”ın istədiyi digər oyunçu Rəhman Hacıyevin keçidinə razılaşmayıb.
Qeyd edək ki, “Rəvan”ın düşərgəsində komandanı gücləndirə biləcək daha 2 futbolçu məşq edir. Artıq neçə vaxtdır komanda ilə hazırlıq keçən qapıçı Kamal Bayramovla isveçli yarımmüdafiəçi Fredrik Olster hələ də onlarla bağlı veriləcək qərarı gözləyirlər.

0
0