“Azərbaycan yığmasının heyətində 3-4 elə futbolçu var ki...”
26.08.2013 - 13:13
“Azərbaycan yığmasının heyətində 3-4 elə futbolçu var ki...”
17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya yığması Litvanın Palanqa şəhərində keçirilən ənənəvi beynəlxalq turnirin qalibi olub. Apasport.az saytının məlumatına görə, finalda Belarus üzərində 3:0 hesablı qələbə qazanan şimallılar gələn ay qarşılaşacaqları millimizlə üz-üzə gəlməsə də, oyunlarını izləmək imkanı əldə edib.

Rusiya yığmasının baş məşqçisi Sergey Kiryakov da bu imkandan yararlanaraq komandamız haqda məlumat toplayıb. Vaxtilə tanınmış futbolçu olan mütəxəssis Rusiya Futbol İttifaqının rəsmi saytına turnirlə bağlı açıqlamasında millimizdən də danışıb: “Buradakı turnirdə seçmə mərhələdəki rəqiblərimizdən biri Azərbaycan yığmasını gördük. Onlar 3-cü yer uğrunda qarşılaşmada Litvanı 1:0 hesabı ilə məğlub etdi. Bu komanda heç də asan rəqib deyil. Azərbaycan yığmasının heyətində 3-4 elə futbolçu var ki, onlara xüsusi diqqət yetirmək lazımdır. Volqoqraddakı seçmə mərhələdə əvvəl Slovakiya, sonra Azərbaycan, ən sonda isə İslandiya ilə qarşılaşacağıq”.

Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu sentyabrın 23-də keçiriləcək.