100 milyonluq transfer rəsmiləşdi
26.08.2013 - 14:09
Madrid “Real”ı Uels millisinin yarımmüdafiəçisi Qaret Beylin transferini reallaşdırıb. Apasort.az saytının “milliyet”ə istinadən məlumatına görə, İngiltərənin “Tottenhem” klubu bu keçid üçün 100 milyon avro əldə edib.
Britaniyalılar Beylin transferindən 10 dəfə çox qazanc götürüblər.
Belə ki, 2007-ci ildə “Sauthempton”dan cəmi 10 milyon avroya transfer olunan yarımmüdafiəçi “Kral klubu”na 100 milyon avro qarşılığında keçir. “Tottenhem”in 90 milyon avro qazandığı transferdə dünya futbol tarixində yeni rekord müəyyənləşib.
Beyl yeni komandasında çiyin-çiyinə çıxış edəcəyi portuqaliyalı Kriştianu Ronaldonun rekordunu kölgədə qoyub. Belə ki, sonuncu 4 il əvvəl İngiltərə “Mançester Yunayted”indən 94 milyon avroya transfer edilmişdi.
Futbol tarixinin 10 ən bahalı transferi

yer | futbolçu | haradan | hara | il | qiymət (milyon avro ilə) |
1 | Qaret Beyl | Tottenhem | Real | 2013 | 100 |
2 | Kriştianu Ronaldo | Mançester Yunayted | Real | 2009 | 94 |
3 | Kaka | Milan | Real | 2009 | 65 |
4 | Edinson Kavani | Napoli | PSJ | 2013 | 64 |
5 | Radamel Falkao | Atletiko | Monako | 2013 | 59 |
6 | Fernando Torres | Liverpul | Çelsi | 2011 | 58 |
7 | Neymar | Santos | Barselona | 2013 | 56 |
8 | Zinəddin Zidan | Yuventus | Real | 2001 | 52 |
9 | Zlatan İbrahimoviç | İnter | Barselona | 2009 | 46 |
10 | Halk | Porto | Zenit | 2012 | 45 |
0
0