“Ayntraxt” rəsmisi: Bakıda ekstremal təzyiq altında idik
26.08.2013 - 14:22
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Almaniyanın “Ayntraxt” klubunun rəsmiləri Bundesliqa oyununda qeydə alınan mövsümün ardıcıl 2-ci qələbəsini böyük sevinclə qarşılayıblar. Apasport.az saytının məlumatına görə, ölkə çempionatına ardıcıl 2 məğlubiyyətlə başladıqdan sonra Bakıda “Qarabağ”ı, Braunşveyqdə isə yerli “Ayntraxt”ı məğlub edən frankfurtluların özləri də belə inamlı oyuna inanmırlar.
Klubun maliyyə direktoru Aksel Heldman ardıcıl 2 səfərdən eyni – 2:0 hesablı qələbə qazanılmasından ən çox təsirlənənlərdən biridir: “Bu həftə Bakıda və Braunşveyqdə 2 çətin səfər oyunu keçirdik. Hər 2 matçda ekstremal təzyiq altında idik. Komandamızın bu təzyiqin öhdəsindən necə gəlməsi, Azərbaycana uzun səfərdən sonra necə oynaması mənə güclü təsir bağışladı”.
Qeyd edək ki, “Ayntraxt”la “Qarabağ” arasında Frankfurtda baş tutacaq cavab oyunu avqustun 29-da keçiriləcək.

0
0