Çempionlar Liqası: “Qalatasaray” hansı səbətə düşəcək?
26.08.2013 - 14:58
Çempionlar Liqası: “Qalatasaray” hansı səbətə düşəcək?
Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı klubların bölünəcəyi səbətlərin ilkin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, avqustun 29-da baş tutacaq mərasimdə 32 komanda 8 səbətə bölünəcək.

Bu iştirakçılardan 22-si birbaşa qrup mərhələsindən mübarizəyə qoşulur. Digər 10 komandanın adına isə hələ aydınlıq gəlməyib.

Bunlar pley-off mərhələsinin qalibi olacaq komandalardır. Lakin bu mərhələnin baş tutan ilk oyunlarına əsasən, qrupa düşəcək komandanı ehtimal etmək olar. Həmin ehtimallara əsaslanmaqla, əsas mərhələdə mübarizə aparacaq 32 komandanın tam tərkibi müəyyənləşir. UEFA-nın klub reytinqinə əsasən bu 32 komanda səbətlərə bölünəcək.

İndiki vəziyyətdə 1-ci səbətdə İngiltərənin 4, İspaniya və Portuqaliyanın hərəsinin 2, Almaniyanın 1 komandası yer alıb. Siyahıda ən aşağı reytinqli komanda isə Şotlandiya “Seltik”ini ilk matçda udduğu üçün bura daxil edilən Qazaxıstan “Şaxtyor”udur.

Azərbaycan təmsilçisinin olmadığı “32-lər” arasında Türkiyənin yeganə klubu “Qalatasaray”dır. İstanbullular püşk zamanı 3-cü səbətdə yer alacaq.

1-ci səbət:
“Bavariya” (Almaniya) - 146.922
“Barselona” (İspaniya) - 157.605
“Çelsi” (İngiltərə) - 137.592
“Rea” (İspaniya) - 136.605
“Mançester Yunayted” (İngiltərə) - 130.592
“Arsenal” (İngiltərə) - 113.592
“Porto” (Portuqaliya) - 104.833
“Benfika” (Portuqaliya) - 102.833

2-ci səbət
“Atlétiko” (İspaniya) - 99.605
“Şaxtyor” (Ukrayna) - 94.951
“Milan” (İtaliya) - 93.829
“Şalke” (Almaniya) - 84.922
“Marsel” (Fransa) - 78.800
MOİK (Rusiya) - 77.766
İSJ (Fransa) - 71.800
“Yuventus” (İtaliya) - 70.829

3-cü səbət
“Zenit” (Rusiya) - 70.766
“Mançester Siti” (İngiltərə) - 70.592
“Ayaks” (Hollandiya) - 64.945
“Borussiya” (Dortmund, Almaniya) - 61.922
“Bazel” (İsveçrə) - 59.785
“Olimpiakos” (Yunanıstan) - 57.800
“Qalatasaray” (Türkiyə) - 54.400
“Bayer” (Almaniya) - 53.922

4-cü səbət
“Kopenhagen” (Danimarka) - 47.140
“Napoli” (İraliya) - 46.829
“Anderlext” (Belçika) - 44.880
“Styaua” (Rumıniya) - 35.604
“Viktoriya” (Çexiya) - 28.745
“Real-Socyedad” (İspaniya) - 17.605
“Austriya” (Vyana, Avstriya) - 16.575
“Şaxtyor” (Qazaxıstan) - 2.941