Əfsanəvi futbolçu dünyasını dəyişdi
26.08.2013 - 15:40
Əfsanəvi futbolçu dünyasını dəyişdi
Braziliya futbolu daha bir əfsanəsini itirib. Apasport.az saytının məlumatına görə, yığmanın heyətində 2 dəfə dünya çempionu olan Jilmar vəfat edib. 1958 və 1962-ci illərdə mundialın qalibi olan qolkiper 83 yaşında ürəktutmasından dünyasını dəyişib.

Braziliya Futbol Konfederasiyası qərara alıb ki, sentyabrın 7-də Avstraliya ilə keçiriləcək yoxlama oyununu Jilmarıln xatirəsini yad etmək məqsədilə 1 dəqiqəlik sükutla başlansın. Həmin matça “pentakampeonlar” meydana qara sarğı ilə çıxacaqlar.

İkiqat dünya çempionu 1953, 1957 və 1959-cu illərdə Cənubi Amerika birinciliyinin, “Santos”un heyətində isə 2 dəfə Libertadores kuboku və Qitələrarası kubokun qalibi olub.

Qeyd edək ki, Jilmardan 1 gün əvvəl digər dünya çempionu Nilton de Sordi vəfat etmişdi. Sabiq müdafiəçi də Jilmar kimi dünyaya Peleni bəxş edən DÇ-1958-də “Futbol kralı” ilə çiyin-çiyinə çıxış edərək mundialn qızıl medalını qazanmışdı.