“Trabzonspor” yığmamızın futbolçusunu baxışa çağırdı
26.08.2013 - 15:51
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Ruslan Nəsirli Türkiyəyə yollanıb. Apasport.az saytının məlumatına görə, “Trabzonspor” 18 yaşlı hücumçunu əvəzedici heyətə baxışa çağırıb. Ruslan Trabzon təmsilçisinin məşqçilər korpusu tərəfindən bəyənilsə, onunla müqavilə imzalanacaq.
Hücumçu artıq 2-ci dəfədir Türkiyə klubunun düşərgəsinə yollanır. O, ötən mövsümün əvvəlində də komada yoldaşı Şamil Cəmaləddinovla birlikdə "Trabzonspor"da baxışda olmuşdu.
Hücumçu artıq 2-ci dəfədir Türkiyə klubunun düşərgəsinə yollanır. O, ötən mövsümün əvvəlində də komada yoldaşı Şamil Cəmaləddinovla birlikdə "Trabzonspor"da baxışda olmuşdu.
0
0