Superkubok isveçli hakimə tapşırıldı
26.08.2013 - 16:57
Superkubok isveçli hakimə tapşırıldı
Avqustun 30-da keçiriləcək UEFA Superkubokunu idarə edəcək hakim müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının son qalibi “Bavariya” (Almaniya) ilə Avropa Liqasının kubokunu başı üzərinə qaldıran “Çelsi” (İngiltərə) arasındakı qarşılaşma isveçli Yonas Erikssona tapşırılıb.

2009-cü ildə ölkəsinin ən yaxşı referisi seçilən Erikssonun karyerasında 75 avrokubok matçı var. Görüş Çexiyanın paytaxtı Praqanın “Eden” stadionunda keçiriləcək.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq oyunun UEFA nümayəndəsi AFFA-nın baş katibi Elxan Məmmədov olacaq.