İquain özünü qayaya vurdu
26.08.2013 - 19:28
İquain özünü qayaya vurdu
"Napoli" klubunun yeni transferi Qonsalo İquain xəstəxanalıq olub. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

Belə ki, argentinalı hücumçunun istirahət zamanı gəmidən dənizə tullanarkən üzünü qayaya çırpıb. Dərhal xəstəxanaya aparılan futbolçunun bədənində ciddi xəsarət olmasa da, onun qaşına iki, çənəsinə isə səkkiz tikiş qoyulub.

Qeyd edək ki, İquain bu yay İspaniyanın “Real” klubundan 30 milyon avroya “Napoli”yə transfer olunub.