Sabiq “Barselona”lı karyerasını başa vurdu
26.08.2013 - 20:21
Sabiq “Barselona”lı karyerasını başa vurdu
“Portu” “Barselona” və “Çelsi” kimi klubların şərəfini qorumuş Deku futbola vida edib. Apasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, son olaraq Braziliyanın “Fluminense” klubunda çıxış edən 35 yaşlı yarımmüdafiəçi zədələndikdən sonra futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Portuqaliyalı futbolla vidalaşmasını belə şərh edib: “Mövsümün əvvəlində ümid edirdim ki, çempionat başa çatana kimi futbol oynayaram. Amma zədəm buna imkan vermədi”.

Qeyd edə ki, Deku 2003-2004 mövsümündə Çempionlar Liqasının ən dəyərli futbolçusu seçilmişdi.