Riberi: Mourinyo məni “Çelsi”yə dəvət etdi
26.08.2013 - 21:19
Riberi: Mourinyo məni “Çelsi”yə dəvət etdi
Almaniyanın “Bavariya” klubunun futbolçusu Frank Riberi mətbuata maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi “Çelsi”dən transfer təklifi aldığını deyib.

Riberi London klubunun baş məşqçisi Joze Mourinyonun transferlə bağlı ona müraciət etdiyini bildirib: “Mourinyo ilə bu barədə danışdıq. O məni “Çelsi”yə transfer etmək istəyirdi. Mourinyo ilə yaxın münasibətimiz var. Amma onları Superkubok oyununda məğlub etmək üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi “Bavariya” (Almaniya) ilə Avropa Liqasının kubokunu qazanan “Çelsi” (İngiltərə) arasındakı UEFA Superkuboku qarşılaşması avqustun 30-da keçiriləcək.