Buffon: “Yuventus”dan ayrılmaq istədim
26.08.2013 - 23:03
Buffon: “Yuventus”dan ayrılmaq istədim
“Yuventus”un əsas qapıçısı Canluici Buffon karyersı ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına danışan təcrübəli qolkiper 2 il əvvəl klubdan ayrılmaq istədiyini deyib.

Buffon ona komandanın baş məşqçisi Antonio Kontenin mane olduğunu bildirib: “Zədəli olduğum üçün fikrim qarışıq idi. Həmin vaxt “Yuventus”dan ayrılmaq istəyirdim. Lakin baş məşqçimiz Antonio Konte mənə zəng etdi və bəzi məsləhətlər verdi. Həmin gündən sonra daha istəkli çıxış etməyə başladım”.

Qeyd edək ki, İtaliya millisinin də üzvü olan 35 yaşlı qolkiper 2001-ci ildə “Parma”dan “Yuventus”a transfer olunub.