Ərsun Yanal: Heç bir nəticə “Fənərbaxça” üçün sürpriz olmaz
27.08.2013 - 00:05
Ərsun Yanal: Heç bir nəticə “Fənərbaxça” üçün sürpriz olmaz
“Arsenal” qarşısında bizə yaraşan nəticəni qazanmalıyıq. Hər bir rəqibimizə qarşı başabaş mübarizə aparmalıyıq. Artıq əsas gücümüzü göstərmək məcburiyyətindəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal ötən gün Londonda keçirilən mətbuat konfransında bildirib.

Çempionlar Liqasının pley-off mərhələsində İstanbulda 3:0 hesabı ilə məğlub olduğu “Arsenal” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayan türkiyəli mütəxəssis adlarına yaraşan çıxış göstərməli olduqlarını deyib.

Yanal komandasının hazırkı vəziyyətini də dəyərləndirib: “Biz həm, yarışırıq, həm hazırlaşırıq. Bir çox futbolçumuz bizdən uzaq oldu. Onların bəziləri zədəli idi, bəziləri isə məşqlərə gec qatıldı. Yeni baş məşqçi üçün komandanı bir araya yığmaq çətin idi. Mənim oyun üslubumu hamınız bilirsiniz. İstədiklərimizi həyata keçirmək üçün bir az vaxta ehtiyacımız var. Əminəm ki istədiyimiz oyunu göstərməyə nail olacağıq. Rəqibimiz yaxşı təşkil olunmuş komandadır. Biz də “Fənərbaxça”yıq. Heç bir nəticə “Fənərbaxça” üçün sürpriz olmaz. Çətin oyun bizi gözləyir”.

Qeyd edək ki, “Arsenal” – “Fənərbaxça” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.