“Qarabağ” “Ayntraxt”dan daha təcrübəlidi!
27.08.2013 - 09:40
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Ayntraxt”ın (Almaniya) heyəti avrokubok təcrübəsi olmayan futbolçulardan təşkil olunub. Apasport.az saytının məlumatına görə, Frankfurt təmsilçisinin ən təcrübəli futbolçusu olan kapitan Pirmin Şviqler qitə miqyaslı klub turnirlərində vur-tut 14 oyun keçirib.
“Qarabağ”ın futbolçuları ilə müqayisədə bu rəqəm çox aşağıdır. Ağdam təmsilçisinin 8 üzvü avrokuboklarda Pirmindən çox oyun keçirib.
“Ayntraxt”ın cəmi 16 oyunçusu avrokubok həyəcanı yaşayıb. Onların da 8-i Bakıdakı ilk görüşdə debüt edib. Həmin matçadək frankfurtluların cəmi 8 üzvü belə təcrübəyə malik idi.
Ən maraqlısı isə odur ki, “Qarabağ”la ilk oyunadək “Ayntraxt”ın üzvlərinin avrokuboklarda keçirdiyi oyunların cəmi 45-ə bərabər idi. Yəni, 8 futbolçu üst-üstə 45 avrokubok matçında forma geymişdi.
Bu isə “Qarabağ”ın 1 futbolçusu Rəşad Sadıqovun avrokubokda keçirdiyi oyunlardan az idi. İndi isə “Ayntraxt”da bu rəqəm 59-a çatıb. “Qarabağ”ın futbolçuları isə ümumilikdə təxminən 5 dəfə çox - 308 belə oyun keçirib.
Qeyd edək ki, “Ayntraxt”la “Qarabağ” arasında cavab oyunu avqustun 29-da keçiriləcək.

0
0