Topaz Premyer Liqası: Yerlilər “yatır”, əcnəbilər at oynadır
27.08.2013 - 10:30
Topaz Premyer Liqasının arxada qalan 4 turunda legionerlərin hegemonluğu diqqət çəkir. Apasport.az saytının məlumatına görə, baş tutan 20 qarşılaşmada vurulan qolların böyük hissəsi əcnəbilərin hesabındadı.
20 qarşılaşmada 52 top vurulub ki, orta məhsuldarlıq 2,60-a bərabərdi. Vurulan qolların 40-ı milliləşənlər də nəzərə alınmaqla, əcnəbilərin “ayağına” yazılıb. Bu da ümumi qolların 77 faizidi.
Yerlilər isə cəmi 12 qol vurublar. İlk turda 15 qoldan 2-ni, növbəti 2 turda isə 13 qoldan müvafiq olaraq 1-ni və 2-ni vuran yerlilər yalnız son oyun həftəsində daha məhsuldar olmuşdu. IV turda 11 qoldan 5-ni rəqib qapısından bizimkilər keçirib.
Ayrı-ayrı komandalara gəlincə, “İnter” və “Bakı”nın yerli oyunçuları daha məhsuldardı. Hər komandada 4 qolu azərbaycanlılar vurub. “Neftçi”də 2, “Simurq”la “Qarabağ”da isə 1 dəfə yerlilər qol sevinci yaşayıb. Digər 5 komandada isə bütün qollar legionerlərin hesabındadı.

0
0