Sxadadze və Gelaşvili Gürcüstan yığmasına çağırıldı
27.08.2013 - 12:39
Sxadadze və Gelaşvili Gürcüstan yığmasına çağırıldı
Gürcüstan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Temuri Ketsbaya sentyabrda keçiriləcək DÇ-2014-ün seçmə oyunlarına Azərbaycanda çıxış edən 2 futbolçunu da çağırıb.

Bunlar “Qarabağ”ın üzvü Nikolas Gelaşvili və “İnter”in futbolçusu Baçana Sxadadzedir. Hər iki hücumçu sentyabrın 6-da Fransa, 10-da Finlandiya ilə keçiriləcək qarşılaşmalara çağırılan “23-lük”də yer alıb.

Qeyd edək ki, hər 2 matçı öz meydanında keçirəcək Gürcüstan yığması Fransa ilə Boris Payçadze adına Milli stadionda, Finlandiya ilə Mixail Mesxi adına stadionda qarşılaşacaq.