23 futbolçumuz Netanyaya yollanır
27.08.2013 - 14:00
23 futbolçumuz Netanyaya yollanır
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Bernhart Lippert Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsraillə oyunda güvənəcəyi oyunçuları müəyyənləşdirib.

O, sentyabrın Netanya şəhərindəki eyniadlı stadionda baş tutacaq matçda Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Tərlan Quliyev, Emin Mehtiyev, Emil Balayev (hamısı “Neftçi”), Elşən Abdullayev, Slavik Alxasov, Kərim Diniyev (hamısı “Sumqayıt”), Amit Quluzadə, Urfan Abbasov (hər ikisi “Qəbələ”), Namik Ələskərov, Şəhriyar Əliyev (“Bakı”), Orxan Sadıqlı, Ağabala Ramazanov (hər ikisi “Xəzər Lənkəran”), Ruslan Tağızadə (AZAL), Hacı Əhmədov (“Qarabağ”), Rəşad Eyyubov (“Simurq”), Abdulla Abasiyev (“İnter”), Bayram Budaqov (“Dnepr”, Ukrayna), Fatih Şanlı (“Yimpaş Yozgatspor”, Türkiyə), Andrey Popoviç (“Tavşanlı Linyitspor”, Türkiyə), Tuğrul Erat (“Fortuna” D, Almaniya) və Taşkın İlterə (“Ayntraxt Braunşveyq”, Almaniya) dəvət göndərib.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Mənbə: affa.az