“Qarabağ” 4 futbolçuya görə cərimələndi
27.08.2013 - 14:47
Bu gün AFFA-nın İntizam Koimitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının IV turunda xoşagəlməz hallar müzakirə olunaraq, lazımı qərarlar çıxarılıb.
Belə ki, AZAL – “Sumqayıt” matçının 54-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Kərim Diniyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və klubu 200 manat cərimə olunub. Qarşılaşmanın 73-cü dəqiqəsində qonaqların digər oyunçusu Məhəmməd Mirzəbəyov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə aldığından ona da eyni cəza tətbiq olunub.
“Simurq” – “Bakı” matçında Zaqatala təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığından klub 1000 manat ziyana düşüb.
“Qəbələ” – “Qarabağ” matçında da ağdamlıların 4 oyunçusuna xəbərdarlıq edilib və onlar da 1000 manat cərimə olunub. Görüşün 80-ci dəqiqəsində ev sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün qəbələlilər 2000 manat ödəyəcəklər.
“Rəvan” – “İnter” qarşılaşmasında da ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb və komandanı 1000 manat ziyana salıb.

0
0