“Əsasnamədə diktorla bağlı heç bir maddə yoxdu”
27.08.2013 - 17:00
İntizam Komitəsinin çıxardığı qərarların bəziləri ilə razılaşmayan “Xəzər Lənkəran” rəhbərliyi AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət edəcək. Bu barədə apasport.az saytına cənub təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
Topaz Premyer Liqasının IV turunun “Neftçi” ilə oyunu barədə çıxarılan bəzi qərarların düzgün olmadığını bildirən Nadirov azarkeşlərin pirotexniki vasitələrdən istifadə edilməsi və meydançaya kənar əşyalar atılmasına görə komandanın 4000 manat cərimələnməsindən narazıdı: “Oyun zamanı pirotexniki vasitələrdən istifadə olunmayıb. Bunu hamı görüb. Sadəcə, matçdan sonra fişəng atılıb”.
Vitse-prezident matçın gedişində azarkeşləri öz komandalarını dəstəkləməyə çağıran stadionun diktoruna kəsilən 2000 manat cəriməni də qanunsuz sayır: “Azərbaycan Premyer Liqasının Əsasnaməsində diktorla bağlı heç bir maddə yoxdur. Orada belə çağırış barədə heç nə yazılmayıb. Əsasnamədə buna görə hansı sanksiya olması da əksini tapmayıb. Ümumiyyətlə, oyun zamanı diktor yalnız azarkeşləri komandanı dəstəkləməyə çağırıb. Meydana kənar əşya atmamağı xahiş edib. Buna görə də cərimə yazıblar”.
Nadirov bildirib ki, 2000 manat cərimə olunan Elnur Allahverdiyevə görə də şikayət edəcəklər: “Ümumiyyətlə, 3-4 məsələ var ki, onlarla bağlı Apellyasiya Komitəsinə müraciət edəcəyik. Həm Elnurun cəzalanması, həm də digər narazı qaldığımız məsələlərdən”.

0
0