“Qarabağ”la cavab oyununda arxayınlaşmaq olmaz”
27.08.2013 - 16:58
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyununa çıxacaq Almaniyanın “Ayntraxt” klubu yenə itki ilə mübarizə aparmalı olacaq. Apasport.az saytının məlumatına görə, Frankfurt təmsilçisinin 23 yaşlı müdafiəçisi Sebastyan Yanq ilk oyunda olduğu kimi, cavab qarşılaşmasında da heyətdən kənarda qalacaq. Buna futbolçunun növbəti müayinəsindən sonra aydınlıq gəlib.
Baş məşqçi Armin Fe Frankfurtdakı görüşdə müdafiəçidən yararlana biləcəyinə ümidli olsa da, həkimlərin rəyi fərqlidir. Belə ki, müayinədən sonra həkimlər Yanqın həftənin sonuna kimi istirahət etməsini lazım bilib. Vətərlərindəki problem həll olunan arxa xətt oyunçusu həftənin sonuna kimi davam edəcək bərpa prosesindən sonra komanda ilə məşqlərə qatılacaq.
Yanq meydana çıxmayacağı qarşılaşma haqda da fikirlərini bildirib. Müdafiəçi komanda yoldaşlarını arxayınlaşmamağa çağırıb: “Çox istərdim ki, komandama meydanda kömək edə bilim. Təəssüf ki, cavab oyununda da meydana çıxa bilməyəcəm. Səfərdə keçirilən ilk oyunda əldə olunan nəticə bizi arxayınlaşdırmamalıdır. 2:0 hesablı qələbə hələ mərhələ adlamaq deyil. Futbolda hər şey mümkündür”.
Qeyd edək ki, Frankfurtda baş tutacaq “Ayntraxt” – “Qarabağ” amtçı avqustun 29-da “Kommersbank arena” stadionunda keçiriləcək.

0
0