“Barselona”dan növbəti müqavilə - FOTO
27.08.2013 - 18:33
"Barselona" futbolçusu Serxio Busketslə müqavilə yeniləyib. Apasort.az-ın məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.
Belə ki, ötən ay yarımmüdafiəçisi ilə razılığa gələn Kataloniya təmsilçisi bu gün onunla 4 illik rəsmi müqavilə imzalayıb. İmzalanma mərasimində klubun prezidenti Sandro Rosell və idman direktoru Andoni Zubizaretta da iştirak edib. Yeni sözləşmədə 25 yaşlı futbolçunun təzminat qiyməti 150 milyon avro olaraq müəyyənləşdirilib.
Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Buskets 2008-ci ildən “Barselona”nın əsas heyətində çıxış edir.

0
0