Sabiq “Qalatasaray”lı “Trabzonspor” yolunda
27.08.2013 - 20:43
Sabiq “Qalatasaray”lı “Trabzonspor” yolunda
“Trabzonspor” klubu “Əskişəhərspor”un futbolçusu Necati Atəşi heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, rəhbərliklə maddi məsələlərdə razılığa gələ bilməyən və klubundan ayrılmağı qərara alan təcrübəli hücumçu Qaradəniz təmsilçisində çıxış edə bilər

Belə ki, “Trabzonspor” bu transferi reallaşdırmaq üçün artıq Necatinin klubu ilə danışıqlara başlayıb. Hücum xəttində çatışmazlıqlar olan “bordo-mavililər” yerli forvardla komandanı gücləndirmək istəyir.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2012-ci ildə “Qalatasaray”dan “Əskişəhərspor”a transfer olunub.