Baş məşqçiyə siqaret xəbərdarlığı - FOTO
27.08.2013 - 21:40
Baş məşqçiyə siqaret xəbərdarlığı - FOTO
Türkiyə Futbol Federasiyası (TFF) “Beşiktaş”ın baş məşqçisi Slaven Biliçlə bağlı kluba xəbərdarlıq edib. Apasport.az saytının məlumatına görə, TFF Biliçin növbəti dəfə stadionda siqaret çəkəcəyi təqdirə cəzalandırılacağını deyib.

Belə ki, Superliqanın I turunda “Qalatasaray” – “Qaziantepspor” (2:1) matçını stadiondan izləyən xorvatiyalı mütəxəssis siqaret çəkə-çəkə oyuna tamaşa edib. 44 yaşlı çalışdırıcının Türkiyədə idman meydanlarında siqaret çəkməyin qadağan olduğunu bilib-bilmədiyi isə məlum deyil.

Qeyd edək ki, Biliç bu yay Samet Aybabanın komandadan ayrılmasından sonra “Beşiktaş”ı çalışdırmağa başlayıb.