“Qalatasaray”ın prezidenti Di Maria üçün Pereslə görüşdü
27.08.2013 - 23:20
Türkiyənin “Qalatasaray” klubu “Real”ın futbolçusu Anxel Di Marianı heyətinə qatmaq istəyir. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “sarı-rırmızılılar” artıq Madrid təmsilçisi ilə danışıqlara başlayıb.
Belə ki, hər iki klub prezidenti, Ünal Aysal və Florentino Peres görüşərək bu transferin həlli məsələlərini müzakirə ediblər. Yaxın günlərdə İspaniya təmsilçisi 25 yaşlı hücumçu ilə bağlı “Qalatasaray”a dəqiq cavab verəcəyi gözlənilir.
Qeyd edək ki, Argentina millisinin də üzvü olan Di Maria 2010-cu ildə “Benfika”dan “Real”a transfer olunub.

0
0