“Fənərbaxça” Çempionlar Liqası ilə vidalaşdı
28.08.2013 - 00:35
“Fənərbaxça” Çempionlar Liqası ilə vidalaşdı
Çempionlar Liqasının təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsinin cavab oyunları çərçivəsində son 5 qarşılaşma keçirilib.

Azarkeşlərin maraqla gözlədiyi qarşılaşmalardan biri Şotlandiyada keçirilib. İlk oyunda evdə “Seltik”i 2:0 hesabı ilə məğlub edən “Şaxtyor” səfərdə üstünlüyünü qoruya bilməyib və 3 cavabsız qolla uduzaraq mübarizəni dayandırıb. Əgər Qazaxıstan təmsilçisi bu oyundan sonra növbəti mərhələyə adlaya bilsəydi, ÇL-in qruplarına vəsiqə qazanan ilk Qazaxıstan klubu kimi tarixə düşəcəkdi.

Səfərdə Hollandiya PSV-si ilə 1:1 bərabərə qalan “Milan” rəqibini doğma arenada darmadağın edib – 3:0. Portuqaliyada “Pakuş Fereyra”nı 4:1 hesabı ilə məğlub edən Rusiya təmsilçisi “Zenit” evdə də rahat (4:2) qələbə qazanaraq qrup mərhələsinə vəsiqə qazanıb.

Digər 2 oyunda isə ilk matçı 2 top fərqi ilə qazanan “Real Sosyedad” və “Viktoriya” cavab matçında da qalib gələrək mərhələ adlayıblar.

Qeyd edək ki, pley-off mərhələsindən sonra "Arsenal" (İngiltərə), "Şalke" (Almaniya), "Bazel" (İsveçrə), "Styaua" (Rumıniya) və "Austriya" (Avstriya), “Milan” (İtaliya), “Zenit” (Rusiya), “Seltik” (Şotlandiya), “Real Sosyedad” (İspaniya), “Viktoriya” (Çexiya) klubları qrupda oynamaq hüququ qazanıb. Məğlub olan 10 komanda isə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.


Çempiolar Liqası
Pley-off mərhələsi (cavab oyunları)

27 avqust



"Arsenal" (İngiltərə) - "Fənərbaxça" (Türkiyə) - 2:0
Ilk oyun – 3:0
QOL: A. Remzi, 25, 72

"Austriya" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:3
İlk oyun - 2:0
QOL: Simuniç, 4 (avtoqol), Roman, 82 - M. Brozoviç, 33, Fernandes, 43, Beqiraj, 70

"Bazel" (İsveçrə) - "Ludoqorets" (Bolqarıstan) - 2:0
İlk oyun – 4:2
QOL: F. Frey, 11, Deqen 79

"Legiya" (Polşa) - "Styaua" (Rumıniya) - 2:2
İlk oyun – 1:1
QOL: M. Radoviç, 27, Rzezniçzak, 90 - Stankyu, 7, Pyovakkari, 9

PAOK (Yunanıstan) - "Şalke" (Almaniya) - 2:3
İlk oyun – 1:1
QOL: Atanasiadis, 53, 79 - Adam Szalai, 43, 90 Draksler, 67.
Qırmızı vərəqə: Cons, 64 ("Şalke")

28 avqust

“Zenit” (Rusiya) - “Pakuş Fereyra” (Portuqaliya) - 4:2
İlk oyun - 4:1
QOL: Danni, 29, 48, Buxarov, 66, Arşavin, 78 - Manuel Joze, 67, Karlao, 83

“Seltik” (Şotlandiya) – “Şaxtyor” (Qazaxıstan) - 3:0
İlk oyun - 0:2
QOL: Kommons, 45, Samaras, 48, Forrest, 90

“Real Sosyedad” (İspaniya) – “Lion” (Fransa) - 2:0
İlk oyun - 2:0
QOL: Vela, 67, 90

“Milan” (İtaliya) - PSV (Hollandiya) - 3:0
İlk oyun - 1:1
QOL: Boatenq, 10, 77, Balotelli, 55

“Maribor” (Sloveniya) – “Viktoriya” (Çexiya) - 0:1
İlk oyun - 1:3
QOL: Tekl, 3