İsrail millimizlə oyun üçün 25 futbolçu çağırdı
28.08.2013 - 02:56
İsrail millimizlə oyun üçün 25 futbolçu çağırdı
Futbol üzrə İsrail yığma komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Eli Qutman DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiya milliləri ilə oyunlar üçün heyəti müəyyənlişdirib.

İsrailli çalışdırıcı bu matçlar üçün aşağıdakı 25 futbolçuya dəvət göndərib:

Qapıçılar: Dudu Avat ("Malyorka", İspaniya), Ariel Haruş ("Beytar", İsrail), Danni Amos ("Hapoel", Təl-Əviv)

Müdafiəçilər: Yuval Şpungin ("Mons", Belçika), Tal Ben Haim ("Standart", Belçika), Dekel Keynan ("Makkabi", Hayfa), Oz Rali ("Bney Yehuda"), Eytan Tibi ("Makkabi", Təl-Əviv), Eyal Meşumar ("Makkabi", Hayfa), Şir Tzedek ("Hapoel", Kiryat), Taleb Tavatxa ("Makkabi", Hayfa).

Yarımmüdafiəçilər: Nir Biton ("Aşdod", İsrail), Qal Alberman ("Makkabi", Təl-Əviv), Şeran Yeini ("Makkabi", Təl-Əviv), Bibras Natxo ("Rubin", Rusiya), Lior Rafaelov ("Brügge", Belçika), Eran Zahavi ("Makkabi", Təl-Əviv), Maharan Radi ("Makkabi", Təl-Əviv), Maor Melikson ("Valensien", Fransa), Hen Ezra ("Makkabi", Hayfa).

Hücumçular: Eliran Atar ("Reims", Fransa), Eden Ben Basat ("Tuluza", Fransa), Elyaniv Barda ("Hapoel", Beer Şeva), İtay Şexter ("Makkabi", Təl-Əviv), Şimon Abuhatzira ("Makkabi", Hayfa).