“Qalatasaray”dan növbəti müqavilə
28.08.2013 - 03:27
“Qalatasaray” müqavilə müddəti başa çatan Aydın Yılmazı komandada saxlamağı bacarıb. Apasport.az saytının məlumatına görə, “Cim-Bom”da qalmaq istəməyən və özünə başqa klub axtaran 25 yaşlı yarımmüdafiəçi dünən baş məşqçi Fatih Terimlə görüşüb.
Terimlə görüşdən sonra fikrini dəyişən futbolçu yenidən komandada çıxış etməyə razılıq verib. Bununla da “Qalatasaray” Yılmazla müqaviləni 3 il daha uzadıb.
Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Aydın Yılmazı bu yay “Benfika” və “Bursaspor” heyətinə qatmaq istəyirdi.

0
0