Ərsun Yanal: Biçim üçün Superliqadakı oyunlarımız daha önəmlidir
28.08.2013 - 05:42
Birinciyə nisbətən ikinci matçda daha yaxşı oynadıq. Bu qarşılaşmanı bir neçə həftə sonra keçirsən, daha fərqli çıxış göstərərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal deyib.
Türkiyəli mütəxəssis Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Arsenal” klubu ilə cavab oyundakı (2:0) məğlubiyyəti şərh edib.
Yanal ölkə çempionatındakı oyunlarının daha önəmli olduğunu deyib: “Biçim üçün qarşıdakı oyunlarımız daha önəmlidir. Ölkə çempionatında daha yüksək tempdə oynamalıyıq. Bu gün (ötən gün) yüksək tempdə oynasaq da iki dəfə hücuma çıxarkən itirdiyimiz toplarla rəqibin epizodlar yaratmağına imkan verdik. Yavaş-yavaş dəqiq paslaşmağı və yaxşı oynamağı öyrənirik. Bir neçə həftəyə komandamın istənilən səviyyəyə gələcəyini düşünürəm”.
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsində hər iki oyunda da “Arsenal”a məğlub olaraq bu turnirdəki çıxışını dayandıran “Fənərbaxça” Avropa Liqasının qrup mərhələsindən mübarizəyə qoşulacaq.

0
0