Mişel Votro “Qarabağ”ın oyununda
28.08.2013 - 07:43
Mişel Votro “Qarabağ”ın oyununda
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Ayntraxt" - "Qarabağ" matçına təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın baş hakiminin portuqaliyalı Duarte Qomes olacağı çoxdan bəlli olsa da. onun köməkçilərinin adları yeni açıqlanıb. Frankfurtda baş tutacaq görüşü ona həmyerliləri kömək edəcək. Qarşılaşmanın hakim-inspektoru isə məşhur fransalı Mişel Votro olacaq.

Qeyd edək ki, Ayntraxt" - "Qarabağ" oyunu avqustun 29-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüş 2:0 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə başa çatıb

23:30. “Ayntraxt” – “Qarabağ”
Baş hakim: Duarte Qomes
Hakim köməkçiləri: Venansio Lopes, Luis Kampos, Bruno Esteves (hamısı Portuqaliya)
Hakim-inspektor: Mişel Votro (Fransa)
UEFA nümayəndəsi: Nils Fisketcon (Norveç)
Frankfurt. “Kommersbank Arena” stadionu