“Ayntraxt”ın hücumçusu “Qarabağ”a qarşı oynamayacaq
28.08.2013 - 09:45
“Ayntraxt”ın forvardı Srcan Lakiç sabah “Qarabağ”la oyunda forma geyməyəcək. Apasport.az saytının məlumatına görə, xorvatiyalı futbolçu Bundesliqanın ötən turunda Braunşvayq “Ayntraxt”ı ilə görüşdə belindən zədə alıb.
“Volfsburq”a məxsus olan, bu ildən “Ayntraxt”da icarə əsasında çıxış edən 29 yaşlı hücumçu zədə səbəbindən kollektiv məşqlərdə iştirak edə bilmir. O, yalnız fərdi məşq etməklə kifayətlənir.
Qeyd edək ki, Srcan Lakiç Bakıda keçirilən görüşdə start heyətində meydana çıxmışdı.

0
0