Bakıda dubl etdi, dünyanın ən yaxşılarından oldu - FOTO
28.08.2013 - 11:33
Dünyanın 5 ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, məşhur “goal.com” portalı ötən həftənin yekunlarına əsasən planetin ən güclülərinin adlarını açıqlayıb.
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Bakıda “Qarabağ”ın qapısına 2 qol vuran almaniyalı Aleksandr Meyer də “Top-5”ə düşüb.
“Ayntraxt”ın futbolçusu qarşılaşmanın taleyini Frankfurt təmsilçisinin xeyrinə həll etməklə, matçın qəhrəmanı olmuşdu. 2:0 hesablı qələbənin memarı olan hücumçu Bundesliqanın Braunşveqy “Ayntraxt”ı ilə qarşılaşmasında da fərqlənməklə, həftə ərzində vurduğu qolların sayını 3-ə çatdırdı. Elə bu məqam da onun ən yaxşılardan olmasına kifayət edib.
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya yığmasının futbolçusu Roman Şirokov da siyahıya düşüb. “Zenit”də çıxış edən yarımmüdafiəçi Çempionlar Liqasının “Pakuş Fereyra” ilə görüşündə het-trik etməsi hesabına bu siyahıya düşüb.

0
0