“Rəvan”da daha 2 legioner
28.08.2013 - 11:42
“Rəvan”da daha 2 legioner
Son turlarda biabırçı məğlubiyyətləri sıralayan “Rəvan” heyətini gücləndirməkdə davam edir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı təmsilçisi bu gün daha 2 legionerlə anlaşıb.

Bunlar isveçli yarımmüdafiəçi Fredrik Holster və nigeriyalı forvard Musa Kabirudur. Hər 2 futbolçu ilə 1 illik müqavilə imzalanıb.

1 həftədən çox baxışda olan Holster indiyə qədər yalnız vətənində top qovub. O, “Nyuköpinqs”, “Haken”, “Vesbyu Yunayted” və “Sundsvall” klublarının şərəfini qoruyub. Ölkəsinin U-17 və U-19 yığmalarının da şərəfini qoruyub.

Musaya gəlincə, nigeriyalı hücumçu bu günə qədər Nigeriyanın “Kaduna Yunayted" və son olaraq Misirin “Əl-Mokavlun Əl-Ərəb” komandasında forma geyinib. 27 yaşlı futbolçu ölkəsinin yığma komandasının heyətində Afrika Millətlər Çempionatında da iştirak edib.