Sakkoni rəsmən “Xəzər Lənkəran”da!
28.08.2013 - 12:10
Sakkoni rəsmən “Xəzər Lənkəran”da!
“Xəzər Lənkəran” daha bir futbolçunu heyətinə qatıb. Apasport.az-ın klubun saytına istinadən xəbərinə görə, braziliyalı hücumameyilli yarımmüdafiəçi Deyvid Frank Silva Sakkoni bu gün “ağ-yaşıllar”la müqavilə bağlayıb.

26 yaşlı futbolçu əvvəllər Braziliyanın A və B seriyalarında müxtəlif komandaların heyətində çıxış edib.

3 il "Palmeyras"ın uğurları üçün çalışan Deyvid, sonradan "Qoias", "Qremio", "Nautiko" və son iş yeri olan "Branqantino" klubunun da formasını geyinib.

Klubla Sakkoni arasında bir illik müqavilə imzalanıb.