“Qəbələ”nin müdafiəçisi Misirdə oynayacaq
28.08.2013 - 12:49
“Qəbələ”nin müdafiəçisi Misirdə oynayacaq
“Qəbələ”nin futbolçusu Umar Kalaban Misirə gedəcək. Apasport.az saytının məlumatına görə, Qvineya yığmasının baş məşqçisi Mişel Dussuyer onu Misirlə sentyabrın 10-da baş tutacaq seçmə mərhələ oyununa dəvət edib.

Qeyd edək ki, “Qəbələ”nin 32 yaşlı mərkəz müdafiəçisi “Konyaspor” və “İstanbul BB”nin sabiq oyunçusu Kamil Zayattın yoxluğunda yığmasının kapitanı sayılır.