Armin Fe: “Qarabağ”la görüşdə büdrəməyə haqqımız yoxdu
28.08.2013 - 13:49
Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ı Bakıda 2:0 hesabı ilə məğlub edən Almaniyanın “Ayntraxt” klubu Frankfurtdakı görüş ərəfəsində gözlənilməz addım atıb. Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq matçın hazırlıqları qapalı keçib.
Baş məşqçi Armin Fe mətbuat və azarkeşlərin üzünə bağlanan qapılar arxasında məşq keçmələrinin səbəbsiz olmadığını bildirib: “Bu oyuna ciddi yanaşırıq. Çünki ilk görüşdəki qələbə hələ heç nə demək deyil. Azarkeşlərimizlə dolu tribunalar qarşısında büdrəməyə haqqımız yoxdur”.
Qeyd edək ki, sabah keçiriləcək “Ayntraxt” – “Qarabağ” oyunu “Kommersbank Arena”da baş tutacaq.

0
0