“Ayntraxt”ın yarımmüdafiəçisi: Baş məşqçi bizə tapşırıb ki...
28.08.2013 - 14:10
“Baş məşqçi bizə “Qarabağ”la oyunda arxayınlaşmamağı tapşırıb. Növbəti mərhələyə çıxdığımıza həddən artıq əmin olmamalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Stefan Ayqner deyib.
26 yaşlı yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la sabah Frankfurtda keçiriləcək cavab oyunu ərəfəsində fikirlərini açıqlayıb: “Avrokuboklarda oynamaq xüsusi bir hissdir. Bu, mənə də aiddir. “Ayntraxt”a II divizion klubundan gəlmişəm. Artıq 2-ci mövsümdə avrokuboklarda çıxış edirəm. Bakıdakı ilk qarşılaşmada göstərdik ki, ötən mövsümkü oyunumuzu göstərə bilərik”.

0
0