Baş məşqçi üçün Azərbaycan təsəllisi
28.08.2013 - 14:58
“Azərbaycan millisi ilə oyunlarda qeydə alınan heç-heçələri uğurlu nəticədir”. Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq yığmasının sabiq yarımmüdafiəçisi Ceff Saybene deyib.
Hazırda İsveçrənin “Sant-Qallen” klubunun baş məşqçisi olan 64 yaşlı mütəxəssis vaxtı ilə şərəfini qoruduğu komandanın DÇ-2014-ün seçmə mərhələsində çıxışını dəyərləndirib. Millidə 64 matç keçirən Saybene bildirib ki, “cırtdan ölkə” təmsilçisi inkişafdadır: “Bu ay yığmamız Litva ilə keçirdiyi yoxlama matçında 2:1 hesabı ilə qələbə qazandı. Ondan öncə isə Azərbaycan yığması ilə seçmə mərhələnin 2 ardıcıl matçda bərabərliyə nail oldu. Bu da onu göstərir ki, yığmamız yavaş-yavaş inkişaf edir”.
Qeyd edək ki, səfərdə lüksemburqlularla qolsuz heç-heçə edən Azərbaycan millisi Bakıda hesabı açmasına baxmayaraq, sonradan qapısında qol görmüşdü – 1:1.

0
0