“İnter”in müdafiəçisi Bakıya qayıtdı
28.08.2013 - 15:09
“İnter”in gürcü müdafiəçisi Laşa Salukvadze vətənindən Bakıya qayıdıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, “Qarabağ”la oyunun 51-ci dəqiqəsində ayağından zədə aldığı üçün məcburi istirahətə göndərilən mərkəz oyunçusu artıq komandasının düşərgəsindədi.
Eləcə də AZAL-la oyunda rəqib futbolçu ilə toqquşmadan sonra qulağından qan gələn və yerini 10-cu dəqiqədə gürcüstanlı qapıçı Georgi Lomayaya təhvil verməli olan Səlahət Ağayevin vəziyyəti yaxşıdı.
Qeyd edək ki, bu tur “Simurq”a qarşı oynaya bilməsələr də, hər 2 futbolçunun sentyabrın 12-də “Neftçi” ilə derbiyə kimi tam hazır olacağı gözlənilir.

0
0