“Qarabağ”ın ikinci sınağı
28.08.2013 - 16:05
Sabah Avropa Liqasında pley-off görüşlərinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin iştirakçılarının müəyyənləşəcəyi gündə meydana yeganə təmsilçimiz də çıxacaq. İlk 3 təsnifat mərhələsini uğurla adlayan “Qarabağ” Almaniyada “Ayntraxt”ın qonağı olacaq.
Tarixində 3-cü dəfə qrup mərhələsinin astanasında olan Ağdam təmsilçisi ötən həftə Bakıda 0:2 hesabı ilə uduzduğundan şansı çox aşağıdı. Lakin cari mövsüm səfər matçlarında uduzmayan “Qarabağ”ın Frankfurtda möcüzə etməsi mümkündü.
Qrupa düşmək üçün ağdamlılar “Neftçi”nin ötənilki zəfərini təkrarlamalıdırlar. 1 il əvvəl “ağ-qaralar” səfərdə APOEL-ə 3:1 hesabı ilə qalib gələrək, qrupa yüksəlmişdilər. Həmin hesab Frankfurtda da işimizə yarayar. Lakin ardıcıl 2 qələbə qazanan “Ayntraxt” mövsümün startındakı uğursuzluqdan sonra özünə gəlib. Bu üzdən də “Qarabağ”ın işi o qədər asan olmayacaq. Üstəlik, “Kommersbank Arena”nın tribunalarının dolu olması da almaniyalıların xeyrinə işləyən amildi.
Amma rəqibin heyətində itkilərin olması, ilk matçdakı qələbədən sonra nisbətən arxayınlaşması, üstəlik, həftəsonunun Dortmund “Borussiya”sı ilə oyununu fikirləşməsi “Qarabağ” üçün müəyyən ümid yaradır. Komandanın avrokuboklardakı ən yaxşı bombardiri Reynaldo Silvanın meydana çıxma ehtimalının olması da təmsilçimizin işinə yaraya bilər.
Bütün bunlar “Qarabağ”ın mərhələ keçməsə belə, ən azı səfərdən uğurlu nəticə ilə dönməsi üçün yetərli ola bilər. Hər halda, klub özünün və ölkəmizin reytinqini də artırmaq şansı qazanıb. Bunun üçün isə uduzmamaq lazımdır. Bu, nə qədər çətin olsa da, mümkünsüz də deyil.
Düzdür, cəmi 3 il əvvəl Almaniyada meydana çıxan “Qarabağ” Bundesliqa ilə Premyer Liqamız arasında fərqin böyüklüyünə, az qala uçurum qədər olmasına şahid olmuşdu. Lakin “Ayntraxt” 3 il əvvəl “Qarabağ”ı 4 cavabsız qola qonaq edən “Borussiya” deyil. Üstəlik, Dortmunddan başıaşağı qayıdan heyətlə müqayisədə Ağdam təmsilçisi indi çox güclənib. Artıq komandada aparıcı rollarda braziliyalılar və digər legionerlərdi.
Komandanın sərgilədiyi baxımlı, məhsuldar oyunla təkcə reytinq xalına deyil, möcüzəyə də ümid etmək olar.
23:30. “Ayntraxt” – “Qarabağ”
Baş hakim: Duarte Qomes
Hakim köməkçiləri: Venansio Lopes, Luis Kampos, Bruno Esteves (hamısı Portuqaliya)
Hakim-inspektor: Mişel Votro (Fransa)
UEFA nümayəndəsi: Nils Fisketcon (Norveç)
Frankfurt. “Kommersbank Arena” stadionu

0
0