“Rəvan”dan qovuldu, “Sumqayıt”la anlaşdı - FOTO
28.08.2013 - 17:02
“Rəvan”dan qovuldu, “Sumqayıt”la anlaşdı - FOTO
Topaz Premyer Liqasının V turunda “Rəvan”la qarşılaşacaq “Sumqayıt” növbəti transferini həyata keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi məhz “Rəvan”dan qovulan Nodar Məmmədovu heyətinə qatıb. 25 yaşlı futbolçu “Sumqayıt”la 2 illik müqavilə imzalayıb.

Karyerası ərzində “Rəvan”dan öncə “Şahdağ”, “Qarabağ”, MOİK, “Muğan” və “Qəbələ”də çıxış etmiş Nodar 4 dəfə millimizin formasını geyinib.