“Xəzər Lənkəran”ın sabiq məşqçisi özünə komanda tapdı
28.08.2013 - 17:23
“Xəzər Lənkəran”ın sabiq məşqçisi özünə komanda tapdı
"Sumqayıt"da növbəti məşqçi təyinatı rəsmiləşib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, karyerası ərzində "Sumqayıt", "Şəmkir", "Karvan" və "Standard"da işləmiş Zakir Mahmudov klubun akademiyasında çalışacaq. 57 yaşlı mütəxəssis U-19 komandasına rəhbərlik edəcək.

Qeyd edək ki, Zakir Mahmudovun sonuncu iş yeri “Xəzər Lənkəran” olub. O, Yunis Hüseynovun əsas köməkçilərindən biri idi. Mahmudov komandanın turnir cədvəlinin XI pilləsində olması üzündən ötən ilin sentyabrın 30-da Zaur Ramazanov və Alim Qurbanovla birgə məşqçilər heyətindən uzaqlaşdırılıb.