Branimir Subaşiç daha bir Superliqa klubuna qarşı
28.08.2013 - 17:42
Branimir Subaşiç daha bir Superliqa klubuna qarşı
Milli komandamızın hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor”a verilən 3 günlük istirahət sabah başa çatacaq. Apasport.az saytının məlumatına görə, komanda sabahdan bazasında “Karşıyaka” ilə oyunun hazırlıqlarına başlayacaq.

Bu arada Türkiyənin 1-ci dəstəsində bu mövsüm 19 komanda mübarizə apardığından “Orduspor” qarşıdakı turda istirahət edəcək. Belədə Ordu klubunun məşqçilər heyəti bu fasilədən yararlanmaq üçün yoxlama oyunu keçirmək qərarına gəlib. Komanda Rizədə yerli “Çaykur Rizəspor”la gücünü sınayacaq. Ancaq qarşılaşmanın günü və başlayacağı saata hələ aydınlıq gəlməyib.

Qeyd edək ki, “Orduspor” avqustun 14-də Superliqanın digər Qara dəniz təmsilçisi “Trabzonspor”la da gücünü sınamaq imkanı əldə etmişdi. Branimir Subaşiçin ilk 45 dəqiqədə oynadığı görüşdə aşağı dəstə klubu gözlənilmədən meydan sahiblərinə qalib gəlmişdi – 2:0.