Vaqif Cavadov: Sxadadzenin iradı olsaydı... – MÜSAHİBƏ
28.08.2013 - 23:01
“İnter” klubunun kapitanı Vaqif Cavadovun apasport.az saytına müsahibəsi
- Çempionatın arxada qalan 4 turundan sonra cəmi 3 xal toplamısız. Birincilik uğrunda mübarizə aparan komandanın bu nəticəsini necə dəyərləndirirsiniz?
- Necə dəyərləndirəcəyəm, çox pis! Problemləri tezliklə aradan qaldırmaq istəyirik. Heyətdə xeyli dəyişikliklər edilib. Bunları yoluna qoymaq lazımdı.
- Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra çoxları “İnter”in çempionata daha istəkli başlayacağını düşünürdü. Amma bunun əksini müşahidə edirik. Bu məğlubiyyətlərin səbəbini nə ilə əlaqələndirirsiniz?
- Səbəb çoxdur. Avropa Liqası ilə daxili çempionat fərqli yarışlardı. Elə birinci səbəb budur. Bayaq dediyim kimi, heyətdə yeni futbolçuların sayı çoxdu. Onlar yeni oyun üslubuna uyğunlaşmaqda bir qədər çətinlik çəkirlər. Maraqlıdır ki, biz qol vurub, hesabda önə keçsək də, sonda məğlub oluruq. Bu da yenilərin Azərbaycan çempionatına sırf uyğunlaşmamağı ilə bağlıdı. Bununla belə, çempionat uzundu. Qarşıda hələ 32 tur var.
- Ardıcıl 3 görüşdə itirilən 9 xal “İnter”ə hansı problemi yarada bilər?
- Hər xal qızıla bərabərdi. Itirilən xalların yerini doldurmaq çətin olacaq. Həm də qarşıda çox şey dəyişəcək. Misal üçün, “Qəbələ” ardıcıl iki qələbə qazandı və sonuncu iki oyunda məğlub oldu. Yəni, qarşıdakı turlarda digər komandalar da xal itirəcək. Vacib olan finişə kimin necə çatmasıdı.
- Komandaya yeni gələn futbolçulardan danışdınız. Elə siz də “İnter”də yenisiniz. Uyğunlaşa bilmisinizmi?
- Yerli futbolçu olduğum üçün adaptasiya baxımından problem yaşamadım. Qaldı ki, oyunuma, heç vaxt təhlil aparmamışam. Bunu məşqçilər korpusu və oyunumuzu izləyənlər deyə bilər.
- Amma bir fakt da var ki, baş məşqçi Kaxaber Sxadadze hər oyunda sizə kifayət qədər irad bildirir. Belə çıxır ki, meydanda onun dediklərini yerinə yetirə bilmirsiniz...
- Sxadadzenin mənə iradının olmasına inanmıram. İradı olsaydı, kapitan sarğısını mənə verməzdi. Ola bilsin müəyyən nüanslarda onun tapşırığını yerinə yetirək, amma o gözlədiyi effekt alınmasın. Ancaq heç bir oyunda iradı olmayıb.
- Bəs hansısa görüşdən sizə irad tutub?
- Belə bir şey olmayıb.
- “İnter” növbəti turda “Simurq”la qarşılaşacaq. Bu oyuna hazırlıq necə gedir?
- Ciddi hazırlaşırıq. Məqsədimiz ancaq qələbə qazanmaq olacaq.
- Bu komandalar arasındakı görüşlər həmişə söz-söhbətə səbəb olub. Bu dəfə necə olacaq?
- Mən də çox eşitmişəm. Ancaq ötən il bu komandalar arasında keçirilən oyunlarda qeydə alınan nəticələr sübut etdi ki, söz-söhbətlər aradan qaldırılır. Hər kəs öz yolu ilə gedir. Maraqlı bir matçın olacağına inanıram.
- Dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İsraillə qarşılaşacaq millimizin heyəti açıqlanıb. Adınızın siyahıda olmamağı nə ilə bağlıdır?
- Cəzalı olduğum üçün İsraillə oyunda iştirak etməyəcəm. Buna görə də baş məşqçi mənə dəvət göndərməyib. Həm də bu onun səlahiyyətinə aid məsələdi.
- İsraillə görüşdə ən azı Bakıdakı nəticəni - bərabərliyi təkrarlamaq olacaqmı?
- Çətin. Çünki Rusiya Şimali İrlandiyaya uduzduğundan İsrailin şansı artıb. Həm də İsrail güclü komandadı. Uşaqların var güclərini qoyub, yaxşı nəticə qazanacaqlarına ümid edirəm.
- Sabiq komandamız olan “Qarabağ” bu gün Avropa Liqasının pley-off oyununa çıxacaq. “Ayntraxt”ı keçmək mümkün olacaqmı?
- Keçilməyəsi rəqib yoxdu. Arzu edirəm ki, yaxşı oyun nümayiş etdirib, qələbə qazansınlar. Azərbaycan xalqı onlara azarkeşlik edəcək. Bakıya qələbə ilə dönmələrini istəyirik.
- Amma Bakıda 0:2 hesablı məğlubiyyətin revanşını almaq çətindi...
- Hər şey ola bilər. 0:2 hesabı ilə uduzublar. Hardasa ümidsizik. Ancaq Bakıdakından daha yaxşı oyun nümayiş etdirəcəklərinə inanıram.

0
0