“Xəzər Lənkəran”ın yeni transferi “Palmeyras”ı təbrik etdi
28.08.2013 - 18:08
“Xəzər Lənkəran”ın bu gün 1 illik müqavilə bağladığı braziliyalı Deyvid Sakkoni ölkəsinin məşhur “Palmeyras” klubunu təbrik edib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumameylli yarımmüdafiəçi şəxsi Twitter adresi vasitəsilə 2 gün əvvəl 99 yaşını qeyd edən kluba dair bunları qeyd edib: “Mən “Palmeyras”ı 99 illiyi münasibətilə təbrik etmək istəyirəm. Bu tarixin bir hissəsi olmaq böyük fəxrdir”.
Qeyd edək ki, Deyvid Sakkoni 2007-2012-ci illər ərzində “Palmeyras”ın şərəfini qoruyub.
Qeyd edək ki, Deyvid Sakkoni 2007-2012-ci illər ərzində “Palmeyras”ın şərəfini qoruyub.
0
0