Platini: “Real”ın transfer siyasəti heç kimi narahat etməməlidir
28.08.2013 - 20:21
Platini: “Real”ın transfer siyasəti heç kimi narahat etməməlidir
UEFA prezidenti Mişel Platini “Real”ın transferlərə xərclədiyi böyük məbləğlərdən danışıb. Apasport.az saytının məlumatına görə, mətbuata açıqlama verən Platini Madrid klubunun “Tottenhem”in futbolçusu Qaret Beyl üçün ödəyəcəyi 100 milyon avroyla bağlı narazılıqlara münasibət bildirib.

UEFA rəsmisi bu məsələnin heç kimi maraqlandırmadığını və “Real”ın öz transfer siyasəti olduğunu bildirib: “Əgər transferi reallaşdıran klub 100 milyon avroyu ödəyə biləcək maddi imkana malikdirsə, ona deyəcək sözümüz yoxdu. “Real” istər, 30 milyon avroya 2 futbolçu alar, istərsə də, Beyl üçün 100 milyon avro ödəyər. Bu məsələ heç kimi narahat etməməlidir”.

Qeyd edək ki, futbol ictimaiyyətində “Real”ın bir futbolçuya bu qədər böyük məbləğ ödəməyinin Maliyyə "Fair Play" qaydalarına zidd olduğunu iddia edənlər var.