Di Mariya: “Real”dan ayrılmaq istəmirəm
28.08.2013 - 23:02
“Real”ın argentinalı futbolçusu Anxel Di Mariya gələcək karyerası haqqında danışıb. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına açıqlama verən təcrübəli hücumçu Madrid klubundan ayrılmaq istəmədiyini deyib.
Di Mariya müqavilə müddəti başa çatana kimi komandada çıxış etmək istədiyini bildirib: “Klub komandanı gücləndirir və alternativlərin çox olduğu bir heyət yaratmaq istəyir. Bunu başa düşürəm. Amma mənim 2018-ci ilə qədər klubla müqaviləm var və “Real”dan ayrılmaq istəmirəm”.
Qeyd edək ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti Di Mariyanı cari mövsümdə start heyətdə oynatmaq istəmədiyinə görə, futbolçunun klubdan ayrılacağı ilə bağlı xəbərlər yayılıb. Təcrübəli forvardı “Arsenal” və “Qalatasaray” transfer etmək istəyir.

0
0