Armin Fe: “Qarabağ” bizə çətinlik yarada bilər - MÜSAHİBƏ
29.08.2013 - 00:20
Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə bu gün “Qarabağ”la qarşılaşacaq “Ayntraxt”ın baş məşqçisi Armin Fe klubun saytına müsahibə verib. Apasport.az saytının xəbərinə görə, almaniyalı çalışdırıcı təmsilçimizlə oyundan çəkindiyini etiraf edib.
- İlk qarşılaşmada “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldiniz. Daxili çempionatda isə ancaq son turda 3 xal qazanmısız...
- Bəli, çempionatda ötən tur 3 xal qazandıq və buna görə şadıq. Fikrimcə, bu qələbə “Qarabağ”la oyunda bizə yüksək əhval-ruhiyyə bəxş edəcək. Onun da deyim ki, Bakıdakı ilk görüş heç də asan olmadı. Fikrimcə, bu dəfə də çətin keçəcək.
- “Qarabağ”la görüşdə komandanızın şansını necə dəyərləndirərdiniz?
- 2:0 hesablı qələbə Bakıda önəmli idi, buradakı matçda yox. Oyuna yaxşı köklənməliyik. Futbolda hər şey ola bilər. Biz meydana qələbə qazanmaq üçün çıxacağıq. Çalışacağıq ki, qalib gəlib növbəti mərhələyə adlayaq və bunu bayram edək. Demək olar ki, oyun üçün biletlərin hamısı satılıb. Azarkeşlərimizdən böyük dəstək gözləyirik.
- Srcan Lakiçin zədəsi ilə bağlı nə deyə bilərsiniz?
- O, heyətdə olmayacaq.
- Rəqib barədə nə fikirləşirsiniz?
- “Qarabağ”ın əvvəlki mərhələlərdəki oyunlarını izləmişəm. Bilirəm ki, bizə çətinlik yaşada bilər. Ona görə də çox diqqətli olmalıyıq.
- Bəs oyundan nə gözləyirsiniz?
- Həyəcanlıyam. Oyuna maksimum dərəcədə köklənməliyik. Sərfəli nəticə əldə edib qrup mərhələsinə vəsiqə qazanmalıyıq.

0
0