“Barselona” mövsümə kubokla başladı
29.08.2013 - 03:42
“Barselona” mövsümə kubokla başladı
İspaniya Super Kubokunun cavab oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə ötən mövsümün La Liqa çempionu “Barselona” ilə “Kral Kuboku”nun qalibi “Atletiko” üz-üzə gəlib.

İlk oyunda meydandan 1:1 hesablı bərabərliklə ayrılan tərəflə cavab görüşündə qolsuz bərabərə qalıblar. Bununla da səfərdə 1 qol vurmağı bacaran Kataloniya klubu Superkubokun qalibi olub.


İspaniya Superkuboku (cavab oyunu)

28 avqust



“Barselona” – “Atletiko” – 0:0
İlk oyun – 1:1
Qırmızı vərəqə: F. Luis, 81, A. Turan, 90 (“Atletiko”)